Aprel ayının 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH Qruplarının təşkilatçılığı ilə ikillik fasilədən sonra “VII Vyana balı” keçirilib.
“İNFONEWS” -un çoxsaylı izləyicilərinin müraciətlərini nəzərə alaraq, təhsil məkanında bir ilk olub, artıq UNEC SABAH-ın ən gözəl ənənəsinə çevrilmiş bu möhtəşəm tədbirin videoçarxını təqdim edirik. Videoçarxın hazırlanması tanınmış dizayner Ülviyyə Novruzovaya məxsusdur.