Bir əsrlik anatomiya muzeyi-“Hətta Razumovski bu kafedranın müdiri olub”-FOTOLAR

Bir əsrlik anatomiya muzeyi-“Hətta Razumovski bu kafedranın müdiri olub”-FOTOLAR

Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrasının müdiri dos. Anar Abdullayev “İNFONEWS”-a açıqlamasında bildirib ki “Bizim kafedra ölkəmizin ən qocaman kafedrasıdır, 1919-cu ildən fəaliyyət göstərir. Hətta Azərbaycanda Bakı Dövlət Universitetinin yaradıcısı prof.Razumonski eyni zamanda bizim kafedranın müdiri olub. O, həm anatomiya kafedrasını yaratmış, həmdə Bakı Dövlət Universitetinin yaranmasında əvəzsiz rolu olmuşdur. Ona görə də bizim muzeyin tarixi, kafedranın yaşıyla eynidir, yəni 1919-cu ildən fəaliyyətdədir. Bəli, yaşı 100 ildən çoxdur. Bu dövrdə muzey çox şanlı bir inkişaf yolu keçib. İlk əvvəl kafedra yarananda cəmi 2 otaqdan ibarət idi. Zamanla indiki halına, yəni elmi mərkəzidə daxil etsək üç mərtəbədən ibarət vəziyyətə gəlib çıxdı. Keçmiş  dövrdə 300-ə yaxın preparatla başlamışdısa, indi bu rəqəm altı mini keçir. İlk əvvəl ancaq sümük preparatları var idi. Çünki onları saxlamaq daha asan idi. Amma sonra prof. Malinovskini Razumonski əvəz edir. Onun dövründə muzey inkişaf etməyə başlayır. 1926-1936-cı illər arası kafedraya Assera soyadlı alim rəhbərlik edir. Ancaq bu dövrlərdə kafedra o qədər də inkişaf etmək əvəzinə, əksinə geriləyib. 1936-cı ildən başlayaraq kafedraya milli kadrlar rəhbərlik etməyə başlayır. Birinci milli Anatom professor Balakişiyev Kamil Əbdülsalam oğlu olur və o ilk Azərbaycan dilində Anatomiya dərsliyini tələbələr üçün hazırlayır. 1973-cü ilə qədər kafedraya rəhbərlik edən Kamil Balakişiyev muzey preparatlarını artırmış və ondan sonra  1990-cı ilə qədər Gülağa Hacıyev bu vəzifəyə gəlmişdir. 1990-1995-ci illərdə kafedraya professor Əsgərov Rafiq Əşrəf oğlu rəhbərlik edir və 1995-ci ildən kafedraya bizim elmin ağsaqqalı, böyük alim, Rusiya Elmlər Akademiyasının Akademiki, Əməkdar elm xadimi, prof. Vaqif Şadliniski əvəzləyir. Onun dövründə anatomiya çox güclü inkişaf yolu keçir. Kafedramızda həm elmi, həm də tədris prossesinə güclü təkan verilir. Muzeyin sahəsi genişlənir, preparatların sayı daha da artır, muzeyimiz dünya miqyasında tanınmağa başlayır”.

Həsənov Əli 

Fariz Faiqoğlu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir