“SABAH” qruplarına müəllim seçimi davam edir
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.
“İNFONEWS” – un əldə etdiyi məlumata görə, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən namizədlər iyunun 23-ü saat 23:59-dək müraciət edə bilərlər. Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytındakı link vasitəsilə tanış olmaq mümkündür.