“Qazilərlə bağlı əlavə tədbirlərə ehtiyac var”- Anar Kərimov
Nazirlik tərəfindən 15 min qazi və paralel olaraq 80 mindən çox müharibə veteranı ilə bağlı işlər görülür. Qazilər bizim qürur yerimizdir. Bu sahədə əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclis komitələrinin 2022-ilin dövlət büdcəsinin icrası ilə bağlı iyunun 20-də keçirilən birgə iclasında söyləyib.
Nazir müavini deyib: “Birinci Qarabağ müharibəsi ilə bağlı da müəyyən işlər görülür. İndiyədək 3 min qazimizin əlilliyi müəyyən olunub. Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazimiz ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar”.
Nazir müavini bildirib ki, təqribən 12 min qazi işlə təmin edilib, onlara 20 min reabilitasiya vasitəsi verilib.