“ÖZÜNDƏN SORUŞDUQ” ilin ən çox sevilən layihəsi oldu
Bütün media çevrəsi “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nü bir günə sığışdıra bilmirlər. Çünki bu gün hər bir media əməkdaşının peşə bayramı olması ilə yanaşı, həm də bir hesabat günüdür.
Biz də öz növbəmizdə həftə içi fəaliyyətimizin ən qürurverici layihələri, məqalələri, məqamları ilə sizləri tanış etmişik.
Tam əminliklə deyə bilərik ki, fəaliyyətimiz boyu “İNFONEWS” komandası olaraq, informasiya məkanında aktuallığı, operativliyi, obyektivliyimizi saxlamağa çalışmışıq. Bir sıra maraqlı, innovativ layihələrə imza atıb, dəvət edilən əksər layihələrə qatılmışıq. Bizim üçün müasir Azərbaycan milli mətbuatına öz töhfəmizi vermək ən prioritet məsələlərdən olub və olacaq da.
Qeyd edək ki, ən çox sevilən, baxış sayı çox olan rubrikalarımızdan biri “ÖZÜNDƏN SORUŞDUQ” – dur. Məhz bu rubrikada həm ölkə daxilində, həm də xaricdə yaşayan ziyalılarımızın fəaliyyəti, zəhməti, əməyi, yaradıcılığı ilə xalqımızın rifahı, təshili, inkişafı, maarifləndirilməsi və s. istiqamətlərdə gördükləri işləri işıqlandıraraq, geniş oxucu kütləsinə çatdırılıb.
“ÖZÜNDƏN SORUŞDUQ” -un növbəti buraxılışlarını gözləyin!