Valyuta hərracında tələb 15,8 milyon ABŞ dolları təşkil edib
İyulun 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
“İNFONEWS” -un bankdan əldə etdiyi məlumatına görə, hərracda tələb 15,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.