“Əsgərin kitab rəfi” kitab toplama aksiyası davam edir

“Əsgərin kitab rəfi” kitab toplama aksiyası davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Müdafiə Nazirliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuş “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına qoşulub.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, aksiya çərçivəsində kitabxananın hədiyyə fondundan Azərbaycan və rus dillərində 130 adda kitab və jurnal “Əsgərin kitab rəfi”nə hədiyyə edilib.

Kitabları təqdim edən Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və kitabların əsgərlər üçün faydalı olacağına əminliyini ifadə edib. “İRƏLİ” İctimai Birliyinin sədri Arif Rəhimli əsgərlərimiz üçün nəzərdə tutulmuş kitab toplama aksiyasına dəstək olduğu üçün kitabxanaya təşəkkürünü bildirib.

Qeyd edək ki, aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir