Bakı bulvarından sonra turistlərin ən çox üz tutduğu yer fəvvarələr meydanı yüngül həyat tərzi keçirən qadınların əsas məkanlarından birinə çevrilib.
Bakının mərkəzi olan Rəsul Rza, Nizami küçələri və fəvvarələr meydanı adlanan ərazilərdə biyabırçılıq artıq adi bir hala çevirilib. Əvvələr bu mənzərəni yaınız xarici ölkələrdə görmək olardı.İndi isə “Torgovı”da görmək olur. Sakinlərin sözlərinə görə, bu qızlar görkəmcə bar qızlarını xatırladır və cüt cüt gəzib ancaq əcnəbi vətəndaşlara göz qaş edirlər. Son illər ərzində ərəb turistlərin ölkəmizə axını ilə əlaqəli Bakı şəhərində xüsusi canlanma yaşanır. Bir neçə il öncə bu cür qızları ancaq barlarda görürdüksə indi bütün fəvvarələr meydanında görmək olar. Ərəblər artıq targovıya fahişələr məkanı kimi baxırlar.
Adı çəkilən ərazidə müşahidə aparan “İNFONEWS” un əməkdaşı Fariz Faiqoğlunun sözlərinə görə “hər axşam qızlar abırsızcasına xarici turistlərə yaxınlaşaraq özlərini pul qarşılığında təklif edirlər. Şəhər sakinlərinin gözü qarşısında baş verən bu hadisələr ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanır.
Həmin ərazidə xidmət aparan Polis əməkdaşlarıda bu istiqamətdə tədbirlərin davam etdirirlər.
Məsələni diqqətdə saxlayacağıq