Tələbələrim Azərbaycan dilində “Sarı gəlin” mahnısını oxuyur

Tələbələrim Azərbaycan dilində “Sarı gəlin” mahnısını oxuyur

“İNFONEWS” xaricdə yaşayan, işləyən soydaşlarımızın 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı söhbətlərini təqdim edir.

“Mənim üçün doğma dilimizdə səlist danışmaq olduqca əhəmiyyətlidir. Ailəmiz Omana köçəndə böyük oğlum Mətinin 5, kiçik oğlum Eminin 1 yaşı var idi. Amma evdə birmənalı olaraq, azərbaycanca danışırdıq. Hər gecə onlara ana dilimizdə nağıl kitabları oxuyurdum. Hazırda onlar azərbaycanca mükəmməl danışır, kitablar oxuyur, həm də yazırlar”.

Bunu artıq uzun illər Oman Sultanlığında yaşayan və Sultan Qaboos Universitetində dərs deyən, şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova söyləyib.

“Düşünürəm ki, doğma dilimizə olan sevgimi universitetdəki tələbələrimə də aşılamağı bacarmışam. Çox sevindirici haldır ki, bu gün tələbələrim Azərbaycan dilində “Sarı gəlin” mahnısını ifa edə bilirlər. Harada, hansı ölkədə yaşamağımızdan, işləməyimizdən asılı olmayaraq, dilimizi sevir, qoruyuruq” ,- deyə Vüsalə xanım əlavə edib.

10 yaşlı Emin Əmirbəylinin Omandan göndərdiyi təbrik videoçarxını təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir