Yaponiyada ev heyvanları üçün yay geyimləri satışa çxarıldı
Yaponiyada bir sıra ev heyvanları üçün yay geyimləri hazırlanaraq, satışa buraxılıb.
“İNFONEWS” “Nation Geographic”-ə istinadən xəbər verir ki, Yaponiyada havaların isti keçməsini nəzərə alaraq, pişik və itlər üçün yeni yay kostyumları satışa buraxılıb.
Yeni trend ola biləcək bu kostyumlar məsaməli parçadan hazırlanmış torlu kombinezondan ibarətdir ki, üzərinə 80 qramlıq batareyalı ventilyator bərkidilib. Soyuducu effektli bu kostyumlar işə düşəndə, sərin hava heyvanın bədənində sirkulyasiya edərək, onu soyudur.