“Üzeyir Hacıbəyov Şərqin ilk operasını yazanda…”- Səbinə Aydın, Qahirə
“Gənclik” anlayışı bütün dövrlərdə elm, təhsil, mədəniyyət və digər müxtəlif sahələr üzrə atılan ilk addım, yeni səhifə, başlanğıclar deməkdir. Üzeyir Hacıbəyov Şərqin ilk operasını yazanda, elmdə misilsiz imza sahibi olan Albert Eynşteyn ilk araşdırmalarına başlayanda, məşhur şair Mixail Lermontov ” Zəmanəmizin qəhramanı”nı nəzmə çəkəndə gənc idilər. Məhz gənclik ruhu bu və başqa dahiləri gələcək ixtiralara səfərbər olmağa və xalq, cəmiyyət, bəşəriyyət üçün töhfələr verməyə sövq edib.
Bunu “İNFONEWS”– a müsahibəsində hazırda Misir, Qahirə şəhərində yaşayan, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru ictimai fəal gənc Səbinə Aydın söyləyib.
“Müasir dövr Azərbaycan gəncləri sağlam və intellektual bir gələcək nəslin formalaşmasına xidmət edir. Bu istiqamətdə görülən bütün işlər, atılan addımlar Azərbaycan gəncliyinin gələcəyinə daha böyük inamla baxmasına əsas verir.
Xaricdə yaşayan bir gənc kimi Beynəlxalq Gənclər günü münasibətilə bütün gəncləri ürəkdən təbrik edirəm, onlara müvəffəqiyyətlər arzu edirəm” , – deyə, Səbinə Aydın əlavə edib.