Dünyanın ən qədim çap kitabı – “ALMAZ SUTRA”
Dünyada kitabın ilk dəfə çapı da elə ilk kağızın icad edildiyi ölkəyə məxsusdur. Dünyanın ilk qədim çap kitabı “Almaz Sutra” Çində nəşr edilib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbayan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova danışıb. Onun araşdırmasına görə, 868-ci ildə Çində çap olunan bu qədim kitab 6 mətndən və Buddanın rəsmi olan ayrıca qravüradan ibarətdir.
Vanq Jinin kim olduğunu və niyə “Almaz Sutra”nı çap etdiyini heç kim bilmir. Amma təxmin etmək olar ki, b.e.ə. 15 may 868-ci ildə, yaxud da Vanq Jinin tarixi ilə desək, Xiantonq ilinin 4-cü ayının 13-cü günündə hind dili- sankritdən çin dilinə tərcümə edilən 5 metrlik buddist mətnlər işıq üzü görüb. Ümumiyyətlə, Vanq Ji kitabı böyük zəhmət, əziyyət və çətinliklə ərsəyə gətirib desək, yanılmarıq. Belə ki, ilk naşir möhür – ieroqlifləri gildən hazırlayıb, onları xüsusi sobada yandırıb, eləcə də kitabın vərəqlərini də qalın, dözümlü vərəqlərdən seçərək, uzun müddət “yaşaması” üçün çalışıb.
Bu qədimi əlyazma hazırda İngiltərədə kitabxanasında dünyanın ən qədim çap kitabı kimi qorunub saxlanılır.
Qeyd edək ki, “Almaz Sutra” dünyaca məşhur kitablar, mötəbər əsərlər sırasında çox gec yer tutub.
Belə ki, “Almaz Sutra” ilk dəfə 1900-ci ildə Çinin Dunhuanq şəhərində ucsuz-bucaqsız Qobi səhralığında bir rahib tərəfindən gizli kitabxana tapıldığı zaman aşkarlanıb. Bu gizli kitabxana kahinlər tərəfindən 1000-ci illərdə qonşu ölkələrin talançı yürüşlərindən qorunması, ələ keçməməsi məqsədilə möhürlənib, gizlədilib.
Avropalılar içərisində ilk dəfə ingilis-bolqar arxeoloqu Mark Aurel Steyn 1907-ci ildə “İpək Yolu”nun xəritəsini hazırlanması ekspedisiyasında olanda bu kitabxana barədə xəbər tutur. O, mağaranı qoruyan rahibə hədiyyələr, pul reşvət verərək, “Almaz Sutra”nın səhifələrini əldə edib. “Dunhuanq” beynəlxalq layihəsi bu sənədlərin və Şərq İpək yolunda 100 000 digər sənədlərin rəqəmsallaşdırılmasına başlayıb.
Kitabın adı “İllüziyaları kəsən brilyant” kimi tərcümə edilir. “Dunhuanq” layihəsinin rəhbəri Syuzen Uitfildin dediklərinə əsasən, kitab bizə dünyanı və onun illüziyasını qəbul etməyə kömək edir. Syuzen Uitfield
“Biz yalnız fərdi şəxslər kimi mövcud olduğumuzu düşünürük. Əslində belə bir şey yoxdur, yəni bu dünyada hər birimizin ikincisi mövcuduq”, – deyə əlavə edib.
Qeyd edək ki, sutraları anlamaq çətndir. Bəndlərdən birinin tərcüməsini təqdim edirik:
Bu fani dünyanı görməyin üçün
Şəfəqdəki ulduzu, sulardakı köpüyü,
Buludlardakı şimşək çaxmasını,
İşıqların sayrışmasını və
arzu dolu yuxularını, görməlisən.