“GÜNƏBAXANLAR” təqdim edir: KOMFORT ZONASINDAN ÇIXMAQ

“GÜNƏBAXANLAR” təqdim edir: KOMFORT ZONASINDAN ÇIXMAQ

“İNFONEWS” – un “GÜNƏBAXANLAR” Yay Forumu izləyicilərimiz tərəfindən olduqca maraq, diqqət, müzakirəli qarşılanıb. Redaksiyamıza gələn çoxsaylı müraciətlər layihənin davam etməsi ilə bağlıdır ki, burada qaldırılan mövzular aktuallığı, maarifləndirici, məlumatlandırıcı olması ilə çox sevilib.

Beləliklə, “GÜNƏBAXANLAR” layihəsi təqdim edir:

KOMFORT ZONASINDAN ÇIXMAQ

Komfort zonasından çıxmaq, yeni bir işlə məşğul olmaq, ənənəvi gündəmdən fərqli fəaliyyətə keçid etmək deməkdir. Əslində bu, insanda psixoloji gərginlik, diskomfort yaradır. Və yalnız öz üzərində böyük əziyyət bahasına buna nail olub, sonrakı, növbəti inkişaf mərhələsinə keçid etmək olur.

Hələ də komfort zonasındasınız?

Bu sualları özünüzə verməklə harda olmağınızı təyin edə bilərsiniz:

– məşğul olduğunuz işin sizə nə vaxt sevinc yaşatdığını  unutmusunuz;
– hər şeyə yiyələndiyinizə əminsiniz;
– gələcəyinizi artıq bilirsiniz;
– suyun axarına üzürsünüz;
– səhv, uğursuzluq, məğlubiyyət nə olduğunu bilmirsiniz;
– suallarınız yaranmır;
– istənilən konfliktdən qaçırsınız, uzaqsınız.

“KOMFORT zonası sona çatan yerdə İNKİŞAF başlayır” – ENTONİ ROBBİNS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir