UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi elmi məqalə müsabiqəsi elan edir

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi elmi məqalə müsabiqəsi elan edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “ŞUŞA İLİ” və “8 NOYABR-ZƏFƏR GÜNÜ”nə həsr olunmuş “Şuşanın sosial-iqtisadi dirçəldilməsi – Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir!

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzindən məlumat verilib.

Müsabiqə haqqında geniş məlumatı təqdim edirik:

Müsabiqənin əsas istiqamətləri:
1. Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar.
2. Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri.
3. Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi.
4. Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları.
5. Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professormüəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma: professor-müəllim heyəti və doktorant, magistr və tələbə heyəti üçün ayrıca nəzərdə tutulur:
1. Mükafatın məbləği (professor-müəllim heyəti üçün): I yer – 500 AZN; II yer – 300 AZN; III yer – 200 AZN
2. Mükafatın məbləği (doktorant, magistr və tələbələr üçün): I yer – 300 AZN; II yer – 200 AZN; III yer – 100 AZN
3. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə Sertifikatlar veriləcək.
4. Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaqdır.

Məqalələrə qoyulan tələblər: Məqalə 6-8 səhifə həcmində (şrift: Times New Roman, şriftin ölçüsü: 12, sətirlərarası məsafə: 1.5 interval, sol sahə: 3 sm, yuxarı sahə: 2 sm, aşağı sahə: 2 sm, sağ sahə 1.5 sm) olmalıdır.

Məqalədə müəllifin adı və soyadı, elmi dərəcəsi, professor-müəllim heyətinin çalışdığı universitet (və ya elmi-tədqiqat müəssisəsi), kafedra; doktorant, magistr və tələbənin təhsil aldığı təhsil müəssisəsi, fakültənin adı və qrupun nömrəsi mütləq qeyd olunmalıdır. Eyni zamanda elektron poçt ünvanları və telefon nömrələri də qeyd edilməlidir.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi elmi məqalə müsabiqəsi elan edir
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi elmi məqalə müsabiqəsi elan edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir