Şəhid Amin Qəfərli ilə vida mərasimi keçirilib

Şəhid Amin Qəfərli ilə vida mərasimi keçirilib

2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Şəhadətə yüksəlmiş əsgər Amin Rasim oğlu Qəfərlinin nəşi bu gün gecə saatlarında Bakıya gətirilib.

“İNFONEWS” xəbər ki, 2004-cü il təvəllüdlü Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.

Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri xiyabana gətirilib və orada torpağa tapşırılıb.

Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində anadan olub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon rəsmiləri, hərbçilər, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

FOTOLAR : Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir