DİM-də növbəti SAT imtahanı keçirilib
2022-ci il oktyabrın 1-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.
“İNFONEWS”-un məlumatına görə, imtahanda 6 əcnəbi olmaqla, ümumilikdə 110 nəfər iştirak edib.
Növbəti SAT imtahanının 2022-ci il dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/