Rektor bayram münasibəti ilə MDU müəllimlərini TƏBRİK ETDİ

Rektor bayram münasibəti ilə MDU müəllimlərini TƏBRİK ETDİ

Şahin Bayramov
Şahin Bayramov

“İNFONEWS” xəbər verir ki, MDU rektoru Şahin Bayramov 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Mingəçevir Dövlət Universiteti ailəsinin dəyərli üzvləri!
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayırıq!
Yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlığında göstərdiyiniz fədakarlığı yüksək qiymətləndiririk!
Hazırda sürətlə müasirləşən MDU-nun əldə etdiyi bütün uğurlarda hər birinizin payı vardır!
Vaxtilə doğma Universitetimizin auditoriyalarında təhsil almış və əzəli torpaqlarımızın işğaldan azad olunması zamanı ŞƏHİD olmuş məzunlarımızın əziz xatirəsini böyük ehtiramla anırıq!
Əziz dostlar!
Hər birinizə möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətdə daha böyük nailiyyətlər diləyirik!
Əlamətdar gün münasibətilə, MDU-nun Təhsil fakültəsində oxuyan bütün tələbələrimizi – gələcəyin müəllimlərini də səmimi qəlbdən təbrik edir, onları şərəfli Müəllim adına layiq olmaq üçün yorulmadan çalışmağa səsləyirik!
Hazırda müəllim kimi çalışan bütün MDU məzunlarını da təbrik edir, onları doğma Universitetimizin adını daim uca tutmağa çağırırıq!
Peşə bayramınız mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir