“İNFONEWS.AZ” xəbər verir.
8 Noyabr Zəfər günü münasibətilə UNEC Ümumi fənlərin tədrisinin təşkili departamentinin Tələbə Elmi Klubu tərəfindən 27 oktyabr tarixində “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Departamentin direktoru dosent Gülnarə Rzayeva iştirakçılar ilə birlikdə qələbəmizdə əvəzsiz rolu olan Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək hər kəsi Zəfər günü münasibətilə təbrik etdi, Ali Baş Komandanımıza, ordumuza, qazilərimizə və xalqımıza can sağlığı arzuladı.
UNEC-in Biznes və Menecment fakültəsinin məzunu olmuş Şəhidimizin – Rüfət Əsgərovun anası Aynurə xanım da tədbirdə iştirak edirdi. O, çıxış edərək Şəhidlərimizi və onların ailələrini daim yad etdikləri üçün UNEC ailəsinə təşəkkürünü bildirdi.
Tədbirdə UNEC-in məzunu Yusif Cəfərbəylinin ifasında muğam və Xudayar təsnifi səsləndi, həmçinin UNEC tələbələrinin hazırladığı müharibədən tamaşa səhnələri, şeirlər, ifalar nümayiş etdirildi.
Tədbirin sonunda iştirak edən Şəhid Rüfət Əsgərovun kiçik bacısı, UNEC-in gələcək tələbəsi Zəhra Əsgərova, Biznes və Menecment fakültəsinin tələbələri Ellada Abdullayeva, Nuray Hacıyeva, Nurlan Vəliyev, Ziyad Ağayev, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Səid Məmmədov, Məmməd Rəcəbli, Maliyyə və Mühasibat fakültəsinin tələbələri, Fidan Şəfiyeva, İlkin Tağıyev, Rəvan Məmmədov, Nicat Məmmədov, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Arzu Rzayeva, Rişad Sarıyev və SABAH qrupunun tələbəsi Nəzirə Adıgözəlova sertifikatlarla təltif olundular.
Tədbirin təşkilatçılığına görə ÜFTT departamentinin direktoru dosent Gülnarə Rzayeva, TEK-un rəhbəri t.ü.f.d. b/m. Cəmilə Həsənova, HK-in sədri Gülnar Dadaşzadə, dos. Mətanət Əmrahova, dos. Hümeyra Mustafayeva, dos. Gülbəniz İsmayılzadə, Suad Babayeva, Zəhra Mürsəlova, Nuranə İsgəndərova, Fəqanə Əhmədova, Kəmalə Seyfiyevaya təşəkkür edirik.