Azərbaycanda bu qədər narkotik vasitənin satışının qarşısı alınıb
Azərbaycanda 2021-ci il ərzində, ümumilkdə 4 ton, 432 kq 105 qram narkotik və psixotrop maddələrin satışının qarşısı alınıb.
“İNFONEWS”-un əldə etdiyi xəbərə görə, onlardan 1 ton, 13 kq 540 qram marixuana, 71 kq 931 qram həşiş, 285 kq 846 qram tiryək, 2 ton, 403 kq 2 qram heroin, 89,679 qram kokain vasitələr Daxili İşlər Nazirliyi tərəfindən ələ keçirilib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust ayları tarixində 4 ton 410 kq 440 qram ələ keçirilən narkotik və psixotrop maddələrin dövriyyəsində azalma müşahidə edilib. Marixuana 1 ton 474 qram, həşiş 27 kq 785,044 qram, tiryək 251 kq 886,831 qram, heroin 1 ton 886 kq 460,352 qram, kokain 260,95 qram maddələr vasitəsi aşkar edilmişdir.
Cari ilin noybar ayı ərzində Astarada 24 nəfər narkotik vasitələrin dövriyyəsinə görə saxlanılıblar.
Xatırladaq ki, ölkə ərazisində son 4 il ərzində 2018-2022-ci illərdə ancaq DGK tərəfindən 4.5 ton narkotik vasitə saxlanılıb.