İlon Mask və Cef Bezos kimi dünya məşhurları Bakıya gələcək

İlon Musk və Cef Bezos kimi dünya məşhurları Bakıya gələcək

Gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Mask, Cef Bezos kimi dünya məşhurları gələcək.

“İNFONEWS” xəbər verir ki, bu sözləri Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələrlə Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar keçirilən görüşdə deyib.

O bildirib ki, Bakıda keçiriləcək “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusundakı konqresə kosmik sahənin NASA, CNES, “Airbus”, “Boeing”, JAXA, TUA və bir çox aparıcı qurumlarının, eləcə də dövlətlərin nümayəndələri də olmaqla, 6 mindən çox qonaq gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir