“Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb” – Anar Kərimov

“Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb” – Anar Kərimov

İndiyədək Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb.

“İNFONEWS” xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində mədəniyyətimiz geri döndü. Şuşanın mədəniyyət paytaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib. Azad olunan ərazilərdə monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb.

“Ermənistan bununla Qarabağda qeyri qanuni cinayət əməlləri törədib. Bu abidələrdən 178-i yeni aşkar olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin də monitorinqi aparılıb”, – deyə nazir vurğulayıb.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir