“Azərbaycan Ordusu” qəzetinin növbəti sayı buraxılıb
“Azərbaycan Ordusu” qəzeti № 95 (2706)
Xalqa, dövlətə, dövlətçiliyə görə yaşanılmış əbədiyyət ömrü
Tarixi şəxsiyyətlər xalqın taleyi üçün yaşayır. Belə tarixi şəxsiyyətlərin ömrü xalqının ömrünə düşən işığa dönür. Bu işıq əbədiyyət işığıdı. Xalqımız bu işıqda dövlət oldu, bu işıqda yaşatdı dövlətçiliyini…davamı
Düşmənə olan nifrət Zəfərə aparan yolun işığıdır
Gizir İlfaq Quluzadə hələ müddətli həqiqi hərbi xidmətdə olarkən hərbçi olmağın nə qədər çətin və şərəfli olduğunu dərk edib. Vətənin müdafiəsi naminə bu peşənin incəliklərini komandirlərindən daha dərindən mənimsəməyə çalışıb. İlfaq hərbçi olmaq qərarını da xidmət dövründə verib. Bunun üçün bilik və bacarıqlarını artırmağa çalışıb. Tərxis olunduqdan sonra valideynlərinə yenidən hərbi xidmətə qayıdacağını deyəndə onlar da İlfaqın istəyini müsbət qarşılayıblar…davamı
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin hər addımda şahidi oluruq. Diqqət və qayğısını ordumuzdan əsirgəməyən dövlət başçısı tərəfindən ordu quruculuğuna lazımi qədər vəsait ayrılır. Yeni silah və texnikalar alınır, ordumuzun arsenalı gündən-günə müasirləşir və zənginləşir…davamı
“Yaradılan şəraitdən hamı razıdı”
Rəşadətli ordumuzun güc və qüdrətindən danışarkən təminat amilini xüsusi qeyd etmək lazımdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının nəticəsində bütün bölmələrimizdə gənclərin uğurlu xidmət etməsi üçün yüksək şərait yaradılır. Yeni yataqxanalar, yeməkxanalar və digər infrastrukturlar tikilərək şəxsi heyətin istifadəsinə verilir…davamı
Birliyə sədaqətim – Azərbaycan, Türkiyə!
Yüz ildən çoxdu ki, Türkiyə ağrı-acılarını, sevincini Azərbaycanla birlikdə yaşayır, Azərbaycan ağrı-acılarını, sevincini Türkiyə ilə birlikdə yaşayır. Türkiyənin istiqlal savaşında da belə olub, ötən əsrin əvvəllərində də, İkinci Qarabağ müharibəsində də belə oldu. Müharibə ərəfəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi ki, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil…davamı