Xarabalıqlarda məskən salan nakormanlar

Xarabalıqlarda məskən salan nakormanlar

Narkotik maddə – saxta xoşbəxtlik hissi verən , maddə istəyinin durdurula bilmədiyi bir vəziyyətə salır. Orqanizmə daxil olduqdan sonra psixoloji , fiziki dəyişikliklərə səbəb olan , asılılıq yaradan maddədir. Müxtəlif yaş qruplarından olan istifadəçilərdən biri də , həmsöhbət oldugumuz Saatlı rayon sakini ( Bakida hazirda) Qoca ləqəbli – Bağırov Təravət Ağabala oğludur.

İçəri daxil olduğumuzda natəmiz bir şəraitdə özünə yataq salıb yatmış bir kişi gözümüzə dəydi. Yuxudan oyatdığımız z Narkotik maddə – saxta xoşbəxtlik hissi verən , maddə istəyinin durdurula bilmədiyi bir vəziyyətə salır. Orqanizmə daxil olduqdan sonra psixoloji , fiziki dəyişikliklərə səbəb olan , asılılıq yaradan maddədir.Müxtəlif yaş qruplarından olan istifadəçilərdən biri də , həmsöhbət oldugumuz Qoca ləqəbli – Bağırov Fərahət Ağabala oğludur. Qocanın ilk cümləsi “Bəxdim üzümə gülüb deyəsən” məni bu vəziyyətdən qurtarmağa gəlmisiz “dedi.

Özünüzü təqdim edə bilərsiz? 

Məni bu ərazidə “QOCA” ləqəbi ilə tanıyırlar.

Bağırov Fərahət Ağabala oğlu, Saatlı rayonunda anadan olmuşam.

Uzun müddətdir ki burdasız ? 

Bəli, uzun müddətdir burda yaşıyıram evsiz qalmışam ailəmlə o bir o qədər əlaqəm yoxdur. Uzun müddətdir çöllərdəyəm elə buna görə də səhhətimdə müxtəlif növ xəsdəliklər var,bədənimdə yaralar əmələ gəlib, ciyərlərimdə problem yaranıb ona görə də nəvələrimə də yaxın dura bilmirəm ki, xəsdəliyim keçici ola bilər.

Nə işlə məşğul olursuz bəs?

Enerji içkilərinin qablarını satıb gündəlik iki, üç manat qazanıram.Narkoman deyiləm, oğru deyiləm halal pulumu qazanıram.

Qoca ( ləqəbi) narkotik qəbul etmədiyini , dəmir yığıb satmaqla məşğul olduğunu desə də, görünüşündən , bədənindəki iynə izlərindən, yaralardan açıq aydın hər şey bəlli olur. İllərdir xarabalıqda yaşayan Qoca ( ləqəbi) satdiği dəmirlərdən əldə etdiyi 3 – 4 manat belə , digər narkotik istifadəçiləri tərəfindən döyülərək əlindən aldıqlarını dedi. Ayağa qalxmağa belə macalı olmayan Qoca (ləqəbi) bəzən ac qaldığını ,ümidinin təkcə Allaha olduğunu söylədi. 5 aydır bədənindəki yaralar onu narahat edir. Təbii ki, yaşadığı şərait, natəmizlikdən, istifadə etdiyi narkotikin fəsadları olduğu aydın görünür.

Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətin İNFONEWS-a açıqlamasında bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

 

Qeyd olunan ərazidə hazırda Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək. Ümumiyyətlə narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması DİN- in əsas iş prinsipidir.

Şeyx Məhəmməd Tünzalə

Rəvanə Dadaşova

Fariz Faiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir