Harvard Universitetinin rəhbəri qaradərili xanım olacaq

Harvard Universitetinin rəhbəri qaradərili xanım olacaq

Amerikalı sosioloq Klodin Qey Harvard Universitetinə (Massaçusets ştatı, ABŞ) rəhbərlik edən ilk qaradərili qadın olacaq.

“İNFONEWS” xəbər verir ki, bu barədə məlumat ali məktəbin saytında yer alıb. Nyu-Yorkda, Haiti immiqrantlarından olan ailədə dünyaya göz açmış Klodin Qey 2023-cü il iyulun 1-dən Harvard Universitetinin 30-cu prezidenti kimi vəzifəsinə başlayacaq. O, 2018-ci ildən Harvardın rəhbəri olan Lourens Bekounu əvəz edərək, Amerikanın ən nüfuzlu universitetlərindən birinin ilk qaradərili prezidenti olacaq. Klodin Qey 2007-2018-ci illərdə universitetə rəhbərlik etmiş Dryu Faustdan sonra bu vəzifəni tutan ikinci qadın olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir