Paşinyan Rusiya-Azərbaycan müharibəsini qızışdırır – HRAPARAK
Nəşr qeyd edir ki, Laçın yolunda baş verənlər 2020-ci ildə imzalanan 9 noyabr razılaşmasının nəticəsidir.
“Artıq əminliklə demək olar ki, Nikol Paşinyan noyabrın 9-da sənədi imzalamaqla İlham Əliyevlə müəyyən razılaşmalar əldə edib və sonradan Vaşinqton, Nyu-York, Brüssel və Praqada keçirilən görüşlərdə bu razılaşmalar formalaşıb. Soçidə Ermənistan və Azərbaycan artıq Rusiyanı Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi kimi tanıması və “öz müqəddəratını təyinetmə hüququ” olmadan Azərbaycanın bir hissəsi hesab etməsi faktı ilə üzləşdirib.
Paşinyan həmişə olduğu kimi, bu yeni biabırçılığı özündən çıxarmağa çalışır və vəziyyətlə heç bir əlaqəsi olmayan bəyanatlar verir.
Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin silahlı qüvvələri silahsız etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçında isə dəhlizi kimin kəsməsindən asılı olmayaraq, o insanlar silahsızdırlar və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. İyirmi ildən artıqdır ki, aparılan danışıqlar Rusiyaya qalır. İlham Əliyev şübhəsiz ki, Qərbdən və Türkiyədən məsləhət alaraq taktiki addım atıb. Bu arada Paşinyanın Rusiyaya çağırışı güc tətbiqi də daxil olmaqla istənilən yolla dəhlizin açılmasını nəzərdə tutur. Yəni, Paşinyan çox gözəl bilir ki, Rusiyanı Azərbaycana qarşı təcavüzə sövq edir. Çünki ilk atəşdən sonra Azərbaycan Rusiya sülhməramlılarından ölkəni tərk etməyi tələb edəcək”, – deyə məqalədə bildirilir.