Hindistan Hərbi PUA İnqilabından geri qalır – Bəs səbəb nədir?

Hindistan Hərbi PUA İnqilabından geri qalır – Bəs səbəb nədir?
Hindistan Hərbi Hava Qüvvələrinin yerli zərbə tipli PUA-lar inkişaf etdirməsi gözlənildiyi halda, Hindistan Ordusunun Quru Qoşunları PUA-ları idarə etmək üçün kadr axtarışlarına başlayıb.
 
2026-cı ilə qədər “İnsansız bazar”ın dünyanın üçüncü ən böyük bazarı olacağı gözlənilir, bununla əlaqədar Hindistanda da əhəmiyyətli bir artımın şahidi olacağı təxmin edilir. Mülki administrasiya və ştatlar yerli mülki PUA sənayesindən yararlansa da, hərbi PUA-lar hələ də idxal olunur.

Yeni Dehlidə Hindistanın Hava Gücü Tədqiqatları Mərkəzi (CAPS) tərəfindən təşkil edilən PUA-lar üzrə seminarda Hindistan Quru Qoşunları Aviasiyasının baş direktoru general-leytenant AK Suri bildirib ki, Hindistan ordusundakı kadrlar pilotluq baxımından operatorlardan ibarət olacaq və bu, helikopter pilotlarının yükünü azaltmağa kömək edəcək. Onun sözlərinə görə, Hindistan Quru Qoşunları təxminən iyirmi ildir ki, PUA-lardan əsasən Qərb və Şimal sərhədlərində istifadə edir. Bunlar əsasən müşahidə məqsədləri üçün tətbiq edilir.

Hindistan Quru Qoşunlarının fərqli bir kadr yaratmaq təklifi təsdiq üçün Müdafiə Nazirliyinə göndərilməzdən əvvəl Qərargah səviyyəsində nəzərdən keçirilir. Eynilə, PUA üçün ayrıca kadr təklifi artıq MN-də var və hələlik heç bir qərar verilməyib.

İndiyədək Hindistan Quru Qoşunlarının arsenalında bilavasitə İsraildən alınmış və indiyə qədər Artilleriya ilə birlikdə istifadə olunan 30 “Heron” PUA-sı var. Hindistan Qərb Hava Komandanlığının zabiti (SASO) Hava Marşalı Radhakrişnan Radhişin sözlərinə görə, Hindistan HHQ yerli PUA-nı inkişaf etdirməyə hazırdır və bu səydə Benqaluruda yerləşən Aeronavtika İnkişafı Təşkilatı (ADE) iştirak edəcək. Onun sözlərinə görə, HHQ artıq orta hündürlükdə uzun müddət uça bilən (MALE tipli) PUA-ların və həmçinin yüksək hündürlükdə uzun müddət uçan (HALE tipli) PUA-ların induksiyası üçün yol xəritəsinə malikdir.

Hava məkanının yenidən müəyyənləşdirilməsi

“EY India” və FICCI-nin hesabatına əsasən, Hindistanın PUA və onun komponentlərinin istehsalı sənayesinin potensialı 2030-cu ilə qədər 23 milyard ABŞ dolları təşkil edir.

HALE və MALE

HALE 65.000 futda 10 günə və hətta 20.000-25.000 futda 20 günə qədər uça bilən PUA-lardır. MALE tipli sistemlər üçün 10,000 fut ilə 30,000 fut arasında uçur və uçuş təxminən bir və ya iki gün davam edir. MALE tipli PUA-lar bütün dünyada ordular tərəfindən geniş istifadə olunur və bu sistemlər müxtəlif vəzifələri yerinə yetirir, bura zərbə, müşahidə və kəşfiyyat dəstəyi daxildir.

Mütəxəssislərin fikrincə, Hindistan kontekstində, konkret olaraq, HALE tipli PUA-lar artıq inkişaf mərhələsindədir. “Combat Air Teaming Systems” (CATS) adlı layihə çərçivəsində hazırlanan “CATS Infinity” adlı sistemlər var. CATS, tandemdə işləyərkən pilotun hava üstünlüyünü ağlasığmaz dərəcədə genişləndirə bilən, heterojen PUA-lar qrupunu əhatə edən daha böyük, daha iddialı bir layihədir.

MALE tipli PUA-lar üzərində işləyən Müdafiə Tədqiqat və İnkişaf Təşkilatından (DRDO) əlavə, dövlətə məxsus “Hindustan Aeronautics Limited” şirkəti də MALE tipli “Rustom” sinfi üzərində işləyir. Həm DRDO, həm də HAL müəssisələri CATS üzərində əməkdaşlıq edir. TAPAS BH-201 adlı sistemlər isə üç xidmətdə istifadəyə veriləcək Hindistanda ilk istehsal olunan MALE tipli PUA-dır. HAL artıq sistemin qiymətləndirilməsi üçün altı təyyarə korpusu üzərində işləyir.

Çağırışlar

Ekspertlər Hindistanın PUA sahəsində güc mərkəzinə çevrilməsini həm fürsət, həm də problem adlandırır. PUA sənayesinə marağın qəfil artması ilə yüzlərlə startap yerli olaraq müxtəlif təkliflər hazırlayıb. Ekspertlər düşünür ki, Hindistanın hərbi PUA istehsal imkanları var. Yerli şirkətlər həm MALE, həm HALE tipli zərbə və kəşdiyyat PUA-ları hazırlaya bilər.

Ancaq, burada əsas problem PUA-ların müdafiəsidir. Kommersiya tipli PUA-lardan fərqli olaraq Hindistanda hərbi PUA-ların elektromaqnit impuls (EMP) və digər radioelektron mübarizə (REM) taktikalarına qarşı qorumasını təmin edəcək sistemlər yoxdur. Pakistan və Çinin Hindistana qarşı MALE və HALE imkanları var. Yerli ekspertlər və siyasi dairələr daha çox PUA istehsal edilməsinə çağırış edir.

Eskpertlər deyir ki, Hindistanda kosmik proqram sayəsində artıq yaxşı sensor texnologiyası, multispektral və hiperspektral sensorlar var. Lakin bu ölkədə LiDAR (Light Detection and Ranging), optik, infraqırmızı və səriştəli gimbal sistemi kimi ixtisaslaşmış sensorlar yoxdur. Eyni zamanda maşın öyrənmə və Süni Zəka sahəsində də problemlər mövcuddur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir