“SABAH” qruplarına müəllim seçimi sabah yekunlaşır

“SABAH” qruplarına müəllim seçimi sabah yekunlaşır

Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunurlar.

“İNFONEWS” – a bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Tələblərə cavab verən namizədlər yanvarın 11-i saat 00:00-dək müraciət formasını doldurmalıdırlar.

Müsabiqə barədə ətraflı məlumatı linkə “Tədbirlər və elanlar” bölməsindən daxil olaraq əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir