Suriyanın Hələb şəhərində yaşayış evi çöküb, ölən və dağıntılar altında qalanlar var
Suriyanın Hələb şəhərinin şimal-qərbində beşmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla 10 nəfər həlak olub.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Sana” agentliyi məlumat yayıb.
Dağıntılar altında ən azı 30 nəfər var. Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.
Çökmənin əsas səbəbi kimi binanın bünövrəsinin aşınması göstərilir.
Rəvanə Dadaşova