Avropa İttifaqı fevralın 22-də İstanbulda Ukraynada ilə bağlı forum keçirməyi planlaşdırır.
“İNFONEWS“ NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut deyib.
Meyer-Landrut bildirib ki, onlar bu tədbirə Ukrayna hökumətinin nümayəndəsini dəvət etmək niyyətindədirlər.
“Görüş Avropa İttifaqı tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər”, – Aİ nümayəndəsi qeyd edib.