DİN əməliyyat keçirdi

DİN əməliyyat keçirdi

Daxili Işlər Nazirliyinin Mətbuat Xidmətindən “INFONEWS” – a verilən məlumata görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 13,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Rəvanə Dadaşova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir