Magistraturaya sınaq imtahanının tarixi elan edildi – DİM

Magistraturaya sınaq imtahanının tarixi elan edildi – DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

“İNFONEWS” – un DİM-dən əldə etdiyi məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırılır ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməlidir. İmtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib. Bakalavr özü ilə şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini gətirməlidir.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir