Prezident daha 2 səfirin etimadnaməsini qəbul etdi
Prezident İlham Əliyev yanvarın 26-da Yunanıstannın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.
“INFONEWS ” xəbər verir ki:
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev, həmçinin yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.