İran zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır
“İNFONEWS” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, zəlzələdən zərər çəkənlər şaxtalı havada küçədə qalıblar.
Qeyd edək ki, dünən gecə Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.
Məlumatlara görə, zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.