Sosial medianın psixi sağlamlıqda rolu
Klinik psixoloq Fidan İbrahimova “İNFONEWS” a açıqlamasında bildirib ki,
İnsan sosial varlıqdır. Həyatda inkişaf etmək üçün başqalarının yoldaşlığına ehtiyacımız var və əlaqələrimizin gücü, psixi sağlamlığımıza və xoşbəxtliyimizə böyük təsir göstərir.
Başqaları ilə sosial əlaqədə olmaq stressi, narahatlığı və depressiyanı azalda, rahatlıq və sevinc bəxş edə, təkliyin qarşısını ala bilər. Digər tərəfdən, güclü sosial əlaqələrin olmaması psixi və emosional sağlamlığınız üçün ciddi risk yarada bilər.
Müasir dünyada bir çoxumuz bir-birimizi tapmaq və əlaqə saxlamaq üçün Facebook, Twitter, Snapchat, YouTube və Instagram kimi sosial media platformalarından istifadə edirik. Hər birinin öz faydaları olsa da, yadda saxlamaq lazımdır ki, sosial media heç vaxt real dünyadakı insan əlaqəsini əvəz edə bilməz.
Stressi azaldan və sizi daha xoşbəxt, sağlam və müsbət hiss etdirən hormonları işə salmaq üçün başqaları ilə şəxsən təmas tələb olunur. İnsanları bir-birinə daha da yaxınlaşdırmaq üçün nəzərdə tutulmuş bir texnologiya üçün ironik olaraq, sosial media ilə çox vaxt keçirmək sizi daha tənha və təcrid olunmuş hiss etdirə bilər və narahatlıq, depressiya kimi psixi sağlamlıq problemlərini şiddətləndirə bilər.
Sosial mediada həddindən artıq çox vaxt keçirirsinizsə və kədər, narazılıq, məyusluq və ya tənhalıq hissləri həyatınıza təsir edirsə, onlayn vərdişlərinizi yenidən nəzərdən keçirməyin və daha sağlam bir tarazlıq tapmağın vaxtı gəlibdir deməkdir.
Sosial media platformaları diqqətinizi cəlb etmək, sizi onlayn saxlamaq və yeniləmələr üçün ekranınızı dəfələrlə yoxlamaq üçün nəzərdə tutulub
Qeyd etməkdə fayda varki, qumar məcburiyyəti və ya nikotin, alkoqol və ya narkotik asılılığı kimi, sosial mediadan istifadə psixoloji asılılıq yarada bilər. Bir posta bəyənmə, paylaşma və ya müsbət reaksiya aldığınız zaman bu, beyində dopamin ifrazına səbəb ola bilər.
Nə qədər çox mükafat alsanız, həyatınızın digər aspektləri üçün zərərli olsa belə, sosial mediada bir o qədər çox vaxt keçirmək istəyəcəksiniz.
Hətsiz çox sosial mediadan istifadəniz stress, depressiya və ya cansıxıcılıq kimi digər əsas problemləri gizlədmənizə təkan verə bilər. Əgər özünüzdə ruh düşkünlüyü, tənhalıq və ya cansıxıcılıq hiss etdiyiniz zaman sosial mediada daha çox vaxt keçirirsinizsə, o zaman diqqətli olun. Çünki, məhz özünüzü xoşagəlməz hisslərdən yayındırmaq və ya əhvalınızı sakitləşdirmək üçün bundan istifadə edə bilərsiniz.
Diqqətli olun, sosial mediadan tez-tez istifadə qeyri-adekvatlıq, narazılıq və təcrid hisslərinizin gün keçdikcə artmasına səbəb ola bilər.