Bakıda gənc qızı avtomobil vurub

Bakıda gənc qızı avtomobil vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

İNFONEWS” xəbər verir ki, qəza Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Aydan İsmayılzadə parkdan əks tərəfə keçərkən onu minik maşını vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir