“İslam müsəlmanlara nə verdi” sualı ətrafında deyil, “Müsəlmanlar İslamı necə yaşadılar” sualı ətrafında düşünmək lazımdır

“İNFONEWS” UNEC-in 24/7 Kitabxanasının #SıraSəndə layihəsinin növbəti buraxılışını təqdim edir.

Bu buraxılışında “Səhv harda idi? Şərqin 300 ildə cavabını axtardığı sual” (“Hata Neredeydi? – Doğu’nun 300 Yıldır Cevabını Aradığı Soru”, “What Went Wrong?: The Clash Between Islam and Modernity in the Middle East”) kitabını təqdim edir.

Əsərin müəllifi; Bernard Luis (Bernard Lewis)

Kitabda İslamın yaranmasından başlayıb orta əsrlərə qədərki tarixi hadisələri, eləcə də Avropanın intibah dövründən sonrakı hadisələri qarşılaşdıraraq təhlil edilib. Müsəlmanların dünya sivilizasiya hegemonluğunun əldən verməsi, son əsrlərdə müasirlikdən uzaqlaşması hər zaman mübahisələrin əsas amili olub ki, bu əsərdə səhvə harada yol verildiyi geniş işıqlandırılıb. 

 Səhv harda idi? Şərqin 300 ildə cavabını axtardığı sualkitabından seçmələr:

 İslam müsəlmanlara nə verdi” sualı ətrafında deyil, “Müsəlmanlar İslamı necə yaşadılar” sualı ətrafında düşünmək lazımdır.

…əgər müsəlmanlar ənənəvi şikayətlərdən və özlərini qurban hesab etməkdən əl çəksələr, aralarındakı mübahisələri nizama salsalar, əllərində olan imkanları və potensialı vahid amal uğrunda birləşdirsələr, Yaxın Şərqi yenidən antik çağda və orta əsrlərdə olduğu kimi, bəşəriyyətin ən güclü mədəniyyət mərkəzinə çevirə bilərlər. Seçim onlarındır.

Qərbdə insan bazarda pul qazanır və bundan iqtidarı satın almaq və ya ona təsir göstərmək üçün istifadə edir. Şərqdə insan iqtidarı ələ keçirir və bundan pul qazanmaq üçün istifadə edir. Əxlaqi baxımdan bu ikisi arasında elə bir fərq yoxdur, ancaq iqtisadiyyat və dövlət üzərindəki təsirləri çox fərqlidir.

Bu buraxılış UNEC rektorunun müşaviri, dos. Elşən Bağırzadənin dəstəyi ilə hazırlanıb. Elşən Bağırzadə:

Belə kitabları oxumaq fürsətini qaçırmayın. Həm də necə deyərlər bir nəfəsə oxunacaq kitabdır.

#UNECLibrary24_7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir