Mahmud Qacar vəfat etdi

İNFONEWSxəbər verir ki,Azərbaycan jurnalistikasının tanınmış simalarından biri olan şair publisist, nüfuzlu fikir adamı, dəyərli ziyalımız, ustad Mahmud Qacar vəfat edib.

Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan “Araz” qəzetində fəaliyyətə başlayıb.

Fəal ictimaiyyətçi olmuşdur. Rayonda “Bilik” və “Kitabsevərlər” cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. “Təfəkkür” elmi jurnalının və “Əsrin səsi” qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin “Kəmalliyyə” diplomuna və “Qızıl Qələm” jurnalist mükafatına layiq görülüb.

Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır.

O,həmçinin, “Füzuli şəhidləri”, “Binəqədi şəhidləri”, “Cəddini çağırırıq”, “Müqəddəs ata yurdu”, “Sevməyə dəyərmiş”, “Sözüm var hələ” “Bağışla məni,Qacarım”, “Kəsilməyən səslər” kitablarının müəllifi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir