İnklüziv təhsilin təşkili qaydası təsdiq edilib

İnklüziv təhsilin təşkili qaydası təsdiq edilib

Nazirlər Kabineti inklüziv təhsilin təşkili qaydasını təsdiqləyib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“İnklüziv təhsilin təşkili Qaydası” “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkili ilə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutur. Qaydada sağlamlıq imkanları məhdud uşağın inklüziv təhsil sinfi təşkil olunan ümumi təhsil müəssisəsinə qəbulu şərtləri, bu təhsil siniflərində tədrisin təşkili və digər tələblər öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir