Bakıda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb
Bakının Xətai rayonunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“İNFONEWS “un məlumatına görə, 1967-ci il təvəllüdlü Hacıyev Camal Hacıbala oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.