İtaliya sahillərində taxta qayıq batıb: 80 əfqan boğularaq ölüb
“İNFONEWS” xəbər verir ki, “Taliban” rəhbərliyi İtaliya sahillərində gəminin batması nəticəsində 80 əfqanın boğularaq öldüyünü təsdiqləyib.
Əfqanıstan tərəfinin məlumatına görə, qeyri-qanuni miqrantlar taxta qayıqla Türkiyədən İtaliyaya keçməyə cəhd ediblər.
Baş vermiş hadisədən sonra Əfqanıstanın Xarici İşlər Nazirliyi vətəndaşlarından qeyri-qanuni miqrasiyadan çəkinməyi tövsiyə edib.
Bundan əlavə, “Taliban” beynəlxalq strukturlardan, xüsusən də Beynəlxalq Qırmızı Xaç Komitəsindən boğulan əfqanların cəsədlərinin axtarışı və vətənlərinə qaytarılmasına köməklik göstərməyi xahiş edib.