Səhra-vadidə qədim kitabxanalar şəhəri – ŞİNHETTİ

Səhra-vadidə qədim kitabxanalar şəhəri – ŞİNHETTİ

Şinhetti Mavritaniya səhrasının ortasında yerləşən qədim şəhərdir. Şəhər 12 əsr əvvəl tapılmasına baxmayaraq, demək olar ki, burada heç nə dəyişməyib. Belə ki, şəhər hələ də taxta damlı, qırmızı daşlı palçıqdan hazırlanmış, kiçik ovuqlu rəncərəli evlərdən ibarətdir.

“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, bir vaxtlar 200 min əhalisi olan Şinhetti səhranın dağıdıcı qum fırtınaları nəticəsində xarabalıqlara çevrilib. Hazırda osə əhalisi bir neçə min olar, ya olmaz. Məhz burada yerli sakinlər illərlə yavaş-yavaş qum yarğanlarına qərq olan dünyanın qiymətsiz xəzinə sayılan Qədim İslam əlyazmalarının sonuncu nüsxələrini qorumağa çalışırlar.

Bir neçə karvan yollarının kəsişdiyi, bununla XI əsrin ən əlverişli ticarət mərkəzi olmuş əhəmiyyətli vadi–şəhər Şinhetti Məkkəyə gedən zəvvarların da keçid məkanı, minlərlə insanın – dini və elmi bilikilərinin mübadiləsini aparan alimlərin görüşdüyü yer olub. Və beləliklə, Şinhetti getdikcə insanların din, hüquq, astronomiya, riyaziyyat və tibbi elmləri öyrənmək üçün gəldiyi mədəni mərkəzə çevrilir.

Deyilənə görə, yarım əsr əvvəl bu şəhərin minlərlə dəri cildli əlyazmadan ibarət 30 kitabxanası var imiş. Hazırda yalnız 5 kitabxana qalıb. Qeyd edək ki, kitabxanalar özəldirlər və illərlə qorunub saxlandığı və nəsillərdən-nəsillər ötürdüyü eyni ailələr tərəfindən idarə edilir.

 

Səhra iqliminin əlverişsiz şəraitində açıq rəflərdə olan bu qiymətli artefaktlar yavaş-yavaş toza dönür, xarab olur, yoxa çıxır.

Mavritaniya hökuməti qədim əlyazmaların kövrək qalıqlarını qorumaq, bərpa etmək  üçün çox çalışsalar da, varis ailələr öz qiymətsiz miraslarından ayrılmaq istəmirlər. Onlar üçün bu əlyazmaların saxlanması böyük bir şərəfdir.

“Qolunuzdan və ya ayağınızdan ayrıla bilərsinizmi? Bu əlyazmalar da bizim ayrılmaz bir hissəmizdir” – 700 kitabədən ibarət kolleksiya sahibi olan yerli lisey əməkdaşı Seif Islam belə deyir.

Bununla belə, qədim kitabxananın kitabxanaçıları öz kolleksiyalarını maraqlanan turistlərə məmnuniyyətlə nümayiş etdirirlər.

Mavritaniyada 33 min qədim mətnin olduğu halda, yalnız bir neçə min nüsxə Milli muzeydə xüsusi şəraitdə qorunub-saxlanılması müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir