İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək

İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

İNFONEWS xəbər verir ki,bu barədə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.

 

Əzizə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir