Naməlum ölkənin sakini – Tarixdən qeyri-adi bir hadisə
Tarixdə maraqlı hadisələr çoxdur. Naməlum ölkə sakini haqqında əhvalatı da belə hadisələrdən saymaq olar.
“İNFONEWS” dünyada baş vermiş qeyri-adi hadisələrdən birini təqdim edir.
1954-cü ildə Tokio Beynəlxalq Hava Limanında maraqlı bir olay baş verir. Heç də qanunu pozmaq və ya diqqəti cəlb etmək niyyətində olmayan bir nəfər hava limanının əməkdaşları tərəfindən tərəfindən saxlanılır. Belə ki, o, qeydiyyat masasına xəritədə olmayan ölkənin pasportunu təqdim edir.
Yoxlamalardan sonra bu kişinin sənədinin həqiqi olduğu müəyyənləşdirilir. Hərçənd, işçilər onun Taured adlı ölkədən olduğuna şübhə ilə yanaşmaqda davam edirlər. Lakin Taured vətəndaşı olan bu kişi israrla həmin ölkənin Fransa və İspaniya ərazisinin aralığında yerləşdiyini söyləyir.