Paşinyan Ermənistanın borcunu 1,2 milyard dollar artırıb

Paşinyan Ermənistanın borcunu 1,2 milyard dollar artırıb

“İNFONEWS” “Azvision.az” -a istinadən xəbər verir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın dövründə dövlət borcu təxminən 700 milyon dollar artıb.

Bunu erməni iqtisadçı Suren Parsyan deyib.

Ekspert sonrakı prezident Serj Sarkisyanın rəhbərliyi altında borcun 5 milyard, hazırkı ölkə rəhbəri Nikol Paşinyanın dövründə isə daha 1,2 milyard dollar artdığını bildirib. Onun sözlərinə görə, dövlət borcu barədə ilk prezident Petrosyanın hakimiyyəti illərinə aid rəsmi və ya etibarlı məlumat yoxdur.

Bundan əlavə, Parsyan Ermənistan hökumətinin banklara təxminən 1 milyard dollar ödəməli olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir