UNEC-in kollektivi “Heydər Əliyev zirvəsi”nə yürüş edib

UNEC-in kollektivi “Heydər Əliyev zirvəsi”nə yürüş edib

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllim və tələbələri “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər.

“İNFONEWS” – un  UNEC-dən əldə etdiyi məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan yürüşdə UNEC-in kollektivi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, dəniz səviyyəsindən 3751 yüksəklikdə yerləşən zirvəni fəth ediblər.

Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimləri Əhliman Qasımov, Zülfüqar İbrahimli, tələbələr Rəvan Namazov və Əli Qənbərli çətin relyef və hava şəraitindən keçərək, “Heydər Əliyev zirvəsi”ndə Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. UNEC-in kollektivi Ümummilli Lider Heydər Əliyevin barelyefinin qarşısında UNEC və Beynəlxalq İqtisadiyyat Məktəbinin bayrağını dalğalandırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir