“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: ŞUŞADAN HƏDİYYƏ – Aytac BABAYEVA

“BAHAR NƏĞMƏLƏRİ” təqdim edir: ŞUŞADAN HƏDİYYƏ – Aytac BABAYEVA

“İNFONEWS” gənc yazarların yaradıcılığını “BAHAR NƏĞMƏLƏRİ” rubrikasında təqdim edir.

Şuşamız azadlığına qovuşandan sonra ən böyük arzum bu müqəddəs məkanı ziyarət etmək idi. Bəli, müqəddəs məkan! Çünki, neçə-neçə qəhrəman Azərbaycan övladları bu haqq yolunda Şəhidlik zirvəsinə ucalıblar…
Yolboyu igidlərimizin müəllifi olduqları 44 günə yazılan zəfər tariximizi düşünürdüm. Dumana bürünən yollar isə mənə “Xudayar Təsnifi”ni xatırladırdı. Çox şükür ki, bu gün dumana bürünən Şuşamızın dağları, yollarıdır, taleyi deyil!

Şuşamızdan hədiyyə olaraq nəsə gətirmək istəyirdim. Sonra düşündüm ki, ən gözəl hədiyyə elə şeirdir.

ŞUŞADAN HƏDİYYƏ
(Şuşaya ilk səfər)

Şuşadan özümə şeir gətirdim,
Bütün bəndlərində vətən sevgisi…
Qarabağ ətrinə bürünüb gəlib,
Xarıbülbülündə yox göynərtisi…

İllərin həsrətli səssizliyinin
Sözlərin qəhrəman igidlər yazıb…
Vətən bəstələyib musiqisini,
Şuşanın himnidi, səmaya qalxıb…

Azad torpağına yağan yağışın
Göyqurşağı artıq rəngli göründü…
Taleyin dumana bürünmür indi,
Dumanlar qarşında dastana döndü…

Aytac BABAYEVA

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir