Korotçenkodan Medvedyevə: Qarabağın bir statusu var…
“İNFONEWS” xəbər verir.
Dağlıq Qarabağın bir statusu ola bilər.
Bunu məşhur rusiyalı hərbi ekspert, politoloq İqor Korotçenko teleqram kanalında yazıb.
O, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “RİA Novosti”yə müsahibəsində toxunduğu Dağlıq Qarabağın statusu məsələsini şərh edərək bildirib ki, “Dağlıq Qarabağın yalnız bir statusu ola bilər, o da Azərbaycandır”.
Qeyd edək ki, Medvedyev sözügedən müsahibəsində Qarabağın statusu məsələsinin gələcəyə saxlanılmasını vacib sayıb.