“Maşınımı sürürəm…” və həyəcanlanmıram – TÖVSİYƏLƏR

“Maşınımı sürürəm…” və həyəcanlanmıram – TÖVSİYƏLƏR

Sükan arxasında yeni oturmaq, sürücülük təcrübəsi yeni qazanmaq gündəmimizin müasir streslərindəndir desək, yanılmarıq.

“İNFONEWS” -un məlumatına görə, faktlar onu göstərir ki, sürücülüyə yeni başlayanlar yollarda cəld reaksiya tələb edən vəziyyətlərə tez-tez düşürlər. Və təcrübəsizlik onlara bir çox hallarda stress yaşadır. Çünki sürücülük vəsiqəsi almaq heç də həyəcana üstün gəlmək sayılmaz.

Beləliklə, sürücülüyə yeni başlayanlar bir sıra mütəxəssis tövsiyyəsinə diqqət yetirsələr, özlərini sükan arxasında daha əmin hiss edərlər.

 

YOLA ÇIXMAĞA DOĞRU HAZIRLAŞMAQ

İlk dəfə yola çıxmaq xüsusi hazırlıq tələb edir.

Birincisi, “Yol hərəkəti qaydaları”nı xatırlamaq yerinə düşər. Yəni qaydaları yalnız “əzbərləmək” azdır, yaxşı öyrənilməlidir.

İkincisi, yol marşrutunu dəqiqləşdirmək lazımdır. Təcrübəsiz sürücü üçün hara gedəcəyini və hansı yollardan keçəcəyini əvvəlcədən bilməsi əsas şərtlərdəndir.

Üçüncüsü, avtomobilin vəziyyətini vaxtında yoxlamaq lazımdır.

 

TANIŞ SÜRÜCÜLƏRƏ ZƏNG ETMƏKDƏN UTANMAMAQ

Probleminiz yaranıbsa, maşını olan dostlara müraciət etməkdən çəkinməmək lazımdır.

İnanın! Təcrübəsi çox olan sürücülərin əksəriyyəti yeni başlayanları tez anlayır, problemin həllini bilmiş olurlar.

Unutmayın! Dostlara maşını idarə etmədiyiniz halda zəng edə bilərsiniz.

 

HAL-ƏHVALINA DİQQƏT ETMƏK

Özünüzü heç nəyə məcbur etməyin.

Avtomobili fasilələrə idarə edin.

Narahatsınızsa, yorğunluq hiss edirsinizsə, maşını mümkün olduğu yerdə park edib dincəlin.

İlk səfərinizdə özünüzə dincəlmək hüququ versəniz, gələcək dəfələrdə avtomobili daha əminliklə idarə edəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir