Təbiət fənləri müəllimlərinin inkişafı FORUMU Bakıda keçiriləcək

Təbiət fənləri müəllimlərinin inkişafı FORUMU Bakıda keçiriləcək

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gənc Biologiya Müəllimləri Birliyi, Gənc Kimya Müəllimləri Birliyi və Gənc Fizika Müəllimləri Birliyinin tərəfdaşlığı ilə Bakı şəhərində “Təbiət fənləri müəllimlərinin inkişafı forumu” həyata keçiriləcəkdir.

“İNFONEWS” – a təşkilatçılar tərəfindən verilən məlumata görə, forumun məqsədi kimya, biologiya, fizika fənlərini tədris edən müəllimlərin bir araya gələrək fikir mübadiləsi aparması, tədris resurslarını bölüşməsi və geniş əlaqələr yaratmasıdır.

Qeyd edək ki, forumda 370-ə yaxın kimya, fizika və biologiya müəllimlərinin iştirakı planlaşdırılır.

Bütün kimya,fizika,biologiya müəllimlərini foruma gözləyirik.

Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti (Əsas korpus)

Tarix: 25 noyabr

Saat: 10:00

Qeydiyyat linki: https://forms.gle/o79xQwgfRbBa1yHU6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir