Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb
Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.
İNFONEWS xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır